Ultra Technologies üçün N-LINK komandası daxili proseslərin və əməkdaşların qarşılıqlı fəaliyyətinin idarəsi üçün vahid rəqəmsal mühit kimi korporativ Bitrix24 sistemini tətbiq edib. Həll bölmələrin işini strukturlaşdırmağa, məlumatları mərkəzləşdirməyə və tapşırıq, layihə icrasının şəffaflığını artırmağa imkan verib.
Layihə çərçivəsində birgə iş, tapşırıqlar və layihələr, sənəd dövriyyəsi və daxili kommunikasiya üçün Bitrix24-ün əsas modulları sazlanıb. Bunun sayəsində Ultra Technologies komanda işinin koordinasiyası, müddət və statuslara nəzarət, eləcə də vacib məlumatların vahid sistemdə saxlanması üçün rahat alət əldə edib.
Bitrix24 tətbiqi biznes proseslərin daha da rəqəmsallaşdırılması və şirkətin genişlənməsi üçün baza rolunu oynayır. Sistem pərakəndə alətlərin sayını azaltmağa, proseslərin idarəolunmasını yaxşılaşdırmağa və operativ effektivliyin yüksəlməsinə şərait yaradıb.
