Hertz Azerbaijan üçün N-LINK komandası avtomobil icarəsi sorğularının emalını avtomatlaşdırmaq və bütün müştəri kommunikasiyalarını vahid CRM sistemində toplamaq məqsədilə Bitrix24 platformasını tətbiq edib. Layihə çərçivəsində sayt, telefon, email, sosial şəbəkələr və messencerlərdən daxil olan müraciətlər bir CRM mühitində birləşdirilib ki, menecerlər bütün sorğuları vahid pəncərədən idarə edə və müştəri ilə əlaqələrin tam tarixçəsini görə bilsinlər.
Avtomobil icarəsi prosesi üçün müraciətin qəbulundan avtomobilin geri qaytarılmasına qədər satış funnel-i qurulub, telefoniya, korporativ poçt və müştəri kommunikasiya kanalları inteqrasiya edilib, həmçinin mərhələlərarası keçidlər üçün tapşırıq və bildiriş mexanizmləri sazlanıb. Bundan əlavə, menecerlərin KPI-ləri, əməkdaş aktivliyi, müraciət mənbələri, satış funnel-i və təkrar icarələr üzrə hesabatlar nəzərdə tutulub.
Tətbiq zamanı müştəri bazası Excel-dən sistemə köçürülüb, administrator və menecer rolları üzrə giriş hüquqları təyin edilib, əməkdaşlar üçün təlim keçirilib və gündəlik istifadə üçün təlimat materialları hazırlanıb. Nəticədə Hertz Azerbaijan müraciətlərin idarəsi üçün daha şəffaf proses, daha yüksək xidmət keyfiyyəti və satışlarla kommunikasiyaların idarəsi üçün rahat CRM aləti əldə edib.
