Şirkət restoran idarəetmə sisteminin ilk versiyasını 1992-ci ildə təqdim etmişdir. O vaxtdan bəri r_keeper çoxsaylı müştərilərin etibarını qazanmış və ən populyar avtomatlaşdırma sistemlərindən birinə çevrilmişdir. Bu gün dünyada 53 ölkədə 70 000-dən çox restoran bizneslərini avtomatlaşdırmaq üçün r_keeper-dən istifadə edir.
R_keeper anbar, ofis, mətbəx və zalın işini avtomatlaşdırır, müəssisənin fəaliyyətini daha səmərəli və gəlirli edir. Məhsullarımız ofisiantların, aşpazların, anbardarların və mühasiblərin gündəlik işini asanlaşdırır, ətraflı analitika və hesabatlar isə menecerlərə və idarəçilərə biznes proseslərinə nəzarət etməyə kömək edir.
Sistem proqram modullarından ibarətdir və HoReCa sahəsində fəaliyyət göstərən istənilən biznes üçün — kiçik kafedən böyük şəbəkəyə qədər — uyğun həll seçməyə imkan verir.

R_keeper — qonaqpərvərlik və əyləncə sahəsində müəssisələrin avtomatlaşdırılması üzrə aparıcı proqram təminatı istehsalçısı olan UCS (ЮSİES) şirkətinin flaqman məhsuludur.