Ərizəni doldurun, biz qısa zamanda sizinlə əlaqə saxlayacaq və sizi maraqlandıran bütün suallara cavab verəcəyik.
Nüsxə sayı çap xidməti və ya outsourcing çap — müştərinin yalnız ayrıca çap edilmiş nüsxə/səhifə üçün ödəniş etdiyi xidmət növüdür. Müştərilərimiz outsourcing çap müqaviləsi bağlayarkən onlar büdcələrinə qənaət etmiş olurlar. Belə ki yeni çap avadanlığı, ehtiyyat hissələri, istehlakmaterialları, toner və həmçinin bu sahədə çalışan işçinin əmək haqqı və digər ödənişlərə qənaət etmiş olurlar. Siz yalnız faktiki çap edilmiş səhifələr üçün ödəniş edirsiniz.
.
Çap edilmiş Səhifələrin sayı çap edilmiş cihazlarda quraşdırılmış sayğaclar vasitəsilə müəyyən edilir.
Bir çapın (nüsxənin) qiymətinə daxildir:
-
Toshiba çap avadanlığı (format A3/A4, dupleks, şəbəkə çapı, surətçıxarma aparatı, skaner);
- Orijinal İstehlak materialları (toner, baraban, developer və sair ehtiyyat hissələri);
- Quraşdırma və xidmət xərcləri;
- Müqavilədə müəyyən edilmiş vaxtda və vaxt aralıqlarında çap avadanlıqları üçün profilaktik və texniki xidmətin göstərilməsi üçün mühəndisin çağrılması;
- Təmir müddəti ərzində işlək çap avadanlığı ilə təmin etmək.
Nəyə görə sərfəlidir?
- Siz yeni çap avadanlıqlarının alınmasına sərfiyyat və istehlak materialları bazasının yaradılmasına sərmayə qoymursunuz;
- Avadanlıqları balansa salmaq və müvafiq olaraq vergi və amortizasiya xərcləri ödəmək lazım deyil;
- Avadanlıqların xidmət və təmirinə sərmayə qoymağa ehtiyac yoxdur;
- Təchizatçıların seçilməsi və istehlak materiallarının vaxtında çatdırılması barədə narahat olmayacaqsınız;
- Sənədinin çap edilməsi və kopyalanması ilə bağlı bütün xərcləri bir ödəniş sənədinin vasitəsi ilə ödəyirsiniz.